http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Əməliyyatla boy necə uzadılır? - ARAŞDIRMA

19 İyul 2023 , 14:55
Əməliyyatla boy necə uzadılır? - ARAŞDIRMA

Boy uzatma əməliyyatı, qapalı böyümə plitələri olan şəxslərdə adətən müalicə məqsədli və bəzən estetik səbəblərlə qol və ayaq sümüklərini uzatmaq üçün edilən ortopedik əməliyyatdır. 

"Operativ Media" bu əməliyyatın detalları ilə bağlı araşdırma aparıb.

Bu əməliyyat sümüklərin cərrahi yolla kəsilməsi və kəsilmiş sümük parçalarının hər gün 1 millimetr civarında uzun bir proseslə ayrılması ilə uzanma aparılır.  Beləliklə, açılan boşluqda yeni sümük toxuması əmələ gəlir və sümük uzanması təmin edilir. 

Uzatmanın 8 sm-ə qədər olması planlaşdırılırsa, əməliyyat yalnız bud və ya baldır sümüyünə tətbiq oluna bilər. Əgər 10 sm-dən çox uzanmaq istəsəniz, hər iki sümüyü uzatmaq lazımdır. Uzatma yalnız sümüklər üçün edilir. Əzələlər, bağlar, sinirlər, damarlar və digər yumşaq toxumalar sümüklərə yapışdıqca avtomatik olaraq uzanmağa uyğunlaşır və proses tədricən, tədricən aparılır. Bu məqsədlə müvafiq nahiyəyə fizioterapiya tətbiq edilərək proses asanlaşdırılır.

Boy uzatma əməliyyatları 17-19 yaşdan yuxarı (sümük uzanması başa çatmış, əlavə xəstəlikləri olmayan, siqaret çəkməyən, sümük uzanma prosesinə psixoloji cəhətdən hazır olan) şəxslərə edilə bilər.

Əməliyyatdan sonra şəxsin sağalma müddəti xəstədən xəstəyə dəyişir. Müalicənin ikinci mərhələsi olan konsolidasiya prosesi bəzən xüsusilə yetkin şəxslərdə çox uzun çəkə bilir.

Sağalma zamanı fizioterapiya xəstənin oynaqlarının elastikliyini və əzələ gücünün qorunmasında mühüm rol oynayır. Xəstələrin sağalma sürətini artırmaq üçün xüsusi pəhriz ilə qidalanma və kalsium əlavələri qəbul etmək lazımdır.
Boy uzatma əməliyyatı müəyyən üstünlüklər təqdim etsə də, cərrahi əməliyyat olduğu və riskləri ehtiva etdiyi üçün diqqətlə qiymətləndirilməsi lazım olan bir seçimdir.

Əməliyyat nəticəsində İnfeksiya, qanaxma, sinir zədələnməsi kimi risklər ola bilər.

Əməliyyatdan sonra sağalmaq uzun müddət tələb edə, ağrı, şişlik və göyərmə kimi müvəqqəti yan təsirlər baş verə bilər. 

Bəs bu əməliyyat Azərbaycanda da edilirmi?

Mövzu ilə bağlı Uzman Cərrah Travmatoloq-ortoped Dr. İftixar Qurbanov "Operativ Media"ya bildirib ki, son zamanlar boy uzatma əməliyyatına Azərbaycanda da maraq artıb:

"Ölkəmizdə artıq bu əməliyyat edilib. Bu yaxınlarda mənim bir pasiyentim var onun da əməliyyatını edəcəyik. Əvvəllər bu əməliyyat üçün insanlar daha çox Türkiyəyə üz tuturdular. Amma, ölkəmizdə də tam etibarlı şəkildə bu əməliyyatı icra etmək mümkündür. Əsasən insanlar genetik olaraq bəstəboydurlarsa, görünüş olaraq dəyişmək istəyirlər. Bu əməliyyat daha çox estetik seçimdir".

İftixar Qurbanovun sözlərinə görə, əməliyyat bütün ölkələrdə bahalı əməliyyatlardan hesab edilir:

"Türkiyədə bu əməliyyat 20 min dollardan bahadır. Azərbaycanda biz bunu 10 min dollar civarında etməyi düşünürük. Əməliyyatla pasiyenti 10-15 santimetr uzatmaq olur. Əsas əməliyyatdan sonra fizioterapiya prosesidir ki, vaxt aparır. Amma o da elə çətin mərhələ deyil".

 

Operativ Media

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2

Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar

Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub

XƏBƏR LENTİ
  • 14:26

    “Burger King”in Azərbaycandakı françayzi cərimələnib
  • 14:18

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2
  • 14:17

    Avropanın nəhəng klubları Meyson Qrinvudu transfer etmək istəyir
  • 14:10

    Türkiyə MN Azərbaycanı təbrik edib
  • 14:05

    Bakı-Qazax avtomobil yolunda qəza olub, ölən var
  • 13:51

    Media: Avropa Komissiyasının rəhbəri Ukraynaya 35 milyard avro kredit elan edəcək
  • 13:42

    Zaxarova: Moskva İrəvanla dialoqun tərəfdarıdır
  • 13:40

    ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq
Menyu