http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Mədəniyyət Nazirliyi “İrsimizi tanıyaq, tanıdaq” adlı sosial videoçarx müsabiqəsi elan edib

19 İyul 2023 , 17:02
Mədəniyyət Nazirliyi “İrsimizi tanıyaq, tanıdaq” adlı sosial videoçarx müsabiqəsi elan edib

Mədəniyyət Nazirliyi “İrsimizi tanıyaq, tanıdaq” adlı sosial videoçarx müsabiqəsi elan edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, müsabiqə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Ulu öndərin mədəniyyətə və mədəni irsə qayğısını rəhbər tutaraq, Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətinin təbliği, vətənpərvərlik hissinin aşılanması, mədəniyyətə, incəsənətə, milli-mənəvi dəyərlərə, adət-ənənələrimizə hörmətin qorunub saxlanılması və inkişaf etdirilməsi, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək məqsədilə təşkil olunur.

Müsabiqə videoçarxların qəbulu və təqdim edilmiş materialların seçimi olmaqla iki mərhələdən ibarətdir.

Müsabiqə qaliblərinin adları 2023-cü il sentyabr ayının 20-də elan olunacaq.

Milləti mədəniyyət, mədəniyyəti millət yaşadar! Sən də bu missiyanın bir hissəsi olmaq istəyirsənsə, müsabiqəyə qoşul, fərqli və yaradıcı yanaşmanı təqdim et, qalib ol.

Müsabiqəyə qatılmaq istəyən şəxslər hazırladıqları videoçarxı 20 iyul – 4 sentyabr 2023-cü il tarixlərində onlayn şəkildə təqdim edə bilərlər.

Müsabiqə haqqında ətraflı məlumatı link vasitəsilə əldə etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Səudiyyə Ərəbistan Krallığında Ali Səviyyəli Toplantısı baş tutacaq

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Səudiyyə Ərəbistan Krallığında Ali Səviyyəli Toplantısı baş tutacaq

Azərbaycanda iki teatra “milli” statusu verilib

Azərbaycanda iki teatra “milli” statusu verilib

Fərhad Bədəlbəyli: “Cənab Prezidentin Böyük Qayıdışla əlaqədar siyasətinin dünyada bənzəri yoxdur”

Fərhad Bədəlbəyli: “Cənab Prezidentin Böyük Qayıdışla əlaqədar siyasətinin dünyada bənzəri yoxdur”

XƏBƏR LENTİ
  • 19:38

    Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib
  • 19:05

    Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib
  • 18:47

    Gürcüstana giriş qaydaları dəyişəcək
  • 18:22

    Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib
  • 18:20

    Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub - YENİLƏNİB
    Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub - YENİLƏNİB
  • 17:53

    Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
    Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
  • 17:44

    Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb
  • 17:27

    Türkiyədən qanunsuz yollarla Yunanıstana keçmək istəyən şəxslər tutulub
Menyu