İspaniyada bir neçə gündür davam edən isti hava şəraiti ölümə səbəb olub.
"Operativ Media" 42 yaşlı Mərakeş vətəndaşı istiyə tab gətirə bilməyib. Hökumət əhaliyə günəş şüalarına çox məruz qalmamaq, açıq havada çətirlə gəzmək və bol maye qəbul etməklə bağlı tövsiyə edib. İctimai yerlərdə ödənişsiz sərin su aparatları quraşdırılıb. Qeyd edək ki, İspaniyada 10 gündür havanın temperaturu 40 dərəcədən artıqdır. Ölkənin şərqində 45,4 dərəcə isti qeydə alınıb ki, bu da rekord göstərici sayılır. Bundan əlavə anomal istilər İspaniyanın La Palma adasında meşə yanğınları ilə nəticələnib.