21 İyul 2023, 20:48
Prezident göstərdikləri dəstəyə görə Özbəkistan və Qazaxıstana təşəkkür edib
Prezident göstərdikləri dəstəyə görə  Özbəkistan və Qazaxıstana təşəkkür edib şəkil
Prezident göstərdikləri dəstəyə görə Özbəkistan və Qazaxıstana təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında Mərkəzi Asiyadan olan dost və qardaş ölkələrə göstərdikləri dəstəyə görə təşəkkür edib.

"Operativ Media" xəbər verir ki, Füzuli rayonunda Özbəkistan tərəfindən məktəbin və Qazaxıstan tərəfindən incəsənət mərkəzinin tikilməkdə olduğunu söyləyən dövlətimizin başçısı hər ikisinin inşasının davam etdiyini bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, məktəb avqustun, gənclər üçün olan incəsənət mərkəzi isə ilin sonuna qədər hazır olmalıdır: “Bunlar dəstək rəmzidir və müharibədən sonra xaricdən aldığımız dəstək bu qədər olmuşdur. Qeyd etməliyəm ki, bu, çox mühüm bir jest və həmrəylik nümunəsi idi”.

Son xəbərlər
Tramp: Korrupsiya görünməmiş həddə çatıb
Olaf Şolts Suriya Prezidenti ilə telefon danışığı aparıb
Xarici İşlər Nazirliyinin geniştərkibli kollegiya iclası keçirilib
"Qış təlimi - 2025" beynəlxalq təlimləri başa çatıb
Hikmət Hacıyev Pakistan səfirini qəbul edib
Azərbaycan millisinin (U-21) oyunlarının təqvimi müəyyənləşdi
İpoteka kreditlərinə müraciətlərin rəsmi sayı açıqlanıb
İstanbulda saxta içkidən ölənlərin sayı 70-ə çatıb