21 İyul 2023, 21:34
Prezident: "Əli Azərbaycan xalqının qanına batmış cəlladlar cəzalandırılır"
Prezident: "Əli Azərbaycan xalqının qanına batmış cəlladlar cəzalandırılır" şəkil
Prezident: "Əli Azərbaycan xalqının qanına batmış cəlladlar cəzalandırılır"

"Biz (İkinci Qarabağ müharibəsində - red.) təkcə Ermənistanı məğlub etmədik, biz erməni faşizminin belini qırdıq. Biz erməni xalqını bəd əməllərdən demək olar ki, xilas etdik".

"Operativ Media" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.

“Bəlkə bu acı məğlubiyyət, İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyət onlara dərs olacaq və onlar oturub fikirləşəcəklər ki, bundan sonra bu bölgədə necə yaşasınlar, öz günahlarını etiraf edəcəklər, öz cinayətlərini etiraf edəcəklər, cinayətkarları məsuliyyətə cəlb edəcəklər. Artıq bu proses başlayıb. Ermənistanda əli Azərbaycan xalqının qanına batmış cəlladlar erməni hakimiyyəti tərəfindən cəzalandırılır. Bu, ədalətlidir və bunun davamı olmalıdır”, - deyən dövlətimizin başçısı ancaq bu təqdirdə xalqlar arasında real barışığın ola biləcəyini qeyd edib. Bildirib ki, sülh müqaviləsi imzalana bilər, ancaq əsas məsələ ondadır ki, ictimai müstəvidə barışığa doğru addımlar atılsın, onlardan birincisi ermənilərin öz günahlarını etiraf etməsidir.

Son xəbərlər
ABŞ-da güclü tufan çətinliklər yaradıb
İranda zəlzələ baş verib
Aİ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
İranda zəlzələ baş verib
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
Fələstin prezidenti Makronla telefon danışığı aparıb
Göyçayda mənzildə meyit aşkarlanıb - YENİLƏNİB