http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Üzərində 2 rəng olan avtomobillər niyə saxlanır?

22 İyul 2023 , 20:07
2780
Üzərində 2 rəng olan avtomobillər niyə saxlanır?

Son günlər sosial şəbəkələrdə üzərində 2 rəng olan avtomobillərin Dövlət Yol Polisinin əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılması ilə bağlı xeyli şikayətlər yayılıb. İllərdir ki, DYP-nin verdiyi qanuni sənədlərinə əsasən avtomobillərini idarə edən sürücülər üçün bu qərar anlaşmazlıq yaradır. Necə olur ki, on ildir, iki rənglə idarə edilən avtomobil birdən-birə qanunsuz olur?

"Operativ Media" yaranan bütün suallara hüquqi əsaslarla cavab axtarıb.

Əvvəlcə onu qeyd edək ki, Baş Dövlət Yol Polisi də avtomobili bu şəkildə idarə edən şəxslərin saxlanılmasını, minik vasitəsinin duracağa yerləşdirilməsi faktını təsdiqləyir. Səbəb kimi isə nəqliyyat vasitələrinin zavod istehsalına uyğun olmayan şəkildə, yəni bütöv ban hissəsinin yarı tərəfinin başqa rəngə, digər hissəsinin isə ayrı rəngə dəyişdirilməsi göstərilir. 

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüsynov isə bildirir ki, avtomobillərdə bir neçə rəngin olub-olmaması ilə bağlı konkret standartlar yoxdur. Əsas odur ki, vurulan rənglər dayanıqlı olsun. Yəni asan şəkildə yuyularaq pozulması mümkün olmasın. Ərşad Hüseynov  avtomobilin banının müxttəlif rənglərdə olması ilə bağlı da hansısa bir tələbin olmadığını bildirib.

"Bizim yol hərəkəti haqqında qanunun 27-28-ci maddəsində var ki, avtomobildə dövlət reysterinə alınan və qeydiyyat şəhadətnaməsinə yazılan məlumatlardan biri də avtombilin rəngidir. Banının müxtəlif hissələri fərqli rəngdədirsə, o da qeydiyyat zamanı yazıla bilər ki, bu avtomobil 2 rəngdədir və.s. Hansısa bir qadağa və ya məhdudiyyət yoxdur. Buna görə də kiminsə avtomobilndə fərqli rənglər varsa, sadəcə bunu dövlət qeydiyyatına saldırmalıdır".

Ərşad Hüseynovun sözlərinə görə, avtomobildə fərqli rənglərin olması dövlət qeydiyyatına alınaraq və sənəddə qeyd olunubsa, sürücü həmin vəziyyətdə nəqliyyat vasitəsini idarə edə bilər. Hazırda bununla  bağlı qaydalarda hər hansı dəyişiklik yoxdur. Ərşad Hüseynov avtomobilin duracağa aparılması məsələsinə də aydınlıq gətirib.

"Sürücü avtomobili satır başqasına. Qeydiyyat şəhadətnaməsinə baxırlar ki, yazılıb ağ rəng, amma avtomobil qara rəngdədir. Bu zaman qeydiyyat orqanı həmin avtomobili araşdrmaq, dəqiqləşdirmək üçün saxlaya bilər. Təkrar qeydiyyata alınmağa zərurət yarandıqda avtomobili bu şəkildə idarə etməyə görə sürücüyə 50 manat cərimə yazıla bilər. Ancaq bu cür halda nəqliyyat vasitəsinin duracağa qoyulmasından söhbət gedə bilməz. Hətta qanuna görə növbəti cərimə 20 gün müddətində yazıla bilməz".

Ərşad hüseynov onu da əlavə edib ki, bəzən sürücülər avtomobilin rəngində əhəmiyyətli dərəcədə dəyişiklik edirlər və bunu qeydiyyata aldırmırlar. Görünən odur ki, Dövlət Yol Polisi də məhz bu cür qanunsuzluqların qarşısını ala bilmək üçün tədbirlər həyata keçirir.

OXŞAR XƏBƏRLƏR
Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu