Menyu

Türkiyə ilə BƏƏ arasında ticarətlə bağlı yeni tənzimləmə tətbiq olunacaq

Türkiyə ilə BƏƏ arasında ticarətlə bağlı yeni tənzimləmə tətbiq olunacaq

Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanan Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi çərçivəsində, ticarətə çıxarılan malların mənşəyinin müəyyən edilməsi üçün tənzimləmə həyata keçirilib.

"Operativ Media" xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyi tərəfindən hazırlanan Türkiyə Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi Çərçivəsində Ticarətdə Malların Güzəştli Mənşəyinin Müəyyən edilməsi haqqında Əsasnamə sentyabrın 1-dən etibarən qüvvəyə minmək üçün Rəsmi Qəzetdə dərc edilib.

Tənzimləmə Türkiyə ilə BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişində tənzimlənən “mənşəli mallar” anlayışının tərifi və inzibati əməkdaşlıq üsullarının həyata keçirilməsi ilə bağlı prosedur və prinsipləri tənzimləyir.

Tənzimləməyə görə, tamamilə həmin ölkədə istehsal olunan mallar və həmin ölkədə tam şəkildə olmamaqla, lakina orada istehsal olunan mallar, sözügedən ölkədə lazımi işlənmə və ya emaldan keçmək şərti ilə, "mənşəli mallar" hesab ediləcək.

Teqlər:

"Türkiyə ilə BƏƏ arasında ticarətlə bağlı yeni tənzimləmə tətbiq olunacaq"

Əlaqəli Xəbərlər