Menyu

Avtomobilin yanacaq sərfiyyatını necə azaltmaq olar?

Redaksiya
Avtomobilin yanacaq sərfiyyatını necə azaltmaq olar?

"İstənilən avtomobilin yanacaq sərfiyyatını 20-25 % azaltmaq mümkündür"-bunu "Operativ Media"ya açıqlamasında avtomobil ustası Sahil Ağabəyli bildirib.

"Avtomobiilin yanacaq sərfiyyatına təsir edən əsas səbəblərindən biri hava şəraiti və sürücünün sürüş qaydasıdır. Əsasən soyuq havalarda avtomobilin sərfiyyatı həddindən çox artır, yəni bunu da mühərrikdə "termostat" nizamlayır. "Termostat" normal olmadıqda, avtomobilin sərfiyyatı təxminən 15-20% artıq olacaq. Qalan 20-25 %-i isə düşür sürücünün sürüş tərzinə".

Ustanın sözlərinə görə avtomobilin funksiyalarından istifadə də sərfiyyata təsir edir.

"Gecə vaxtı avtomobili idarə edərkən avtomobilin işıqları yanırsa, avtomobilin generatoru həddindən çox cərəyan verməyə başlayır. O da sərfiyyatın haradasa 5-8 %-ni təşkil edir. Bundan əlavə olaraq təkərlərin havasının rolu da böyükdür. Şinlərin havası nə qədər az olarsa, avtomobilin sərfiyyatı bir o qədər fərq edəcək. Çünki təkər əzildikcə avtomobilin sürətinə maneə yaradır".

Yay aylarında kondisioner də haradasa 8-12 % aralığında sərfiyyata təsir edir. Kondisioner mühərriki həddən artıq gücə saldığına görə sərfiyyatda artım olur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər