http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Qarabağda humanitar böhran varsa, Ermənistana nə fərqi var, yük hansı yol ilə gedir?"

27 İyul 2023 , 16:10
"Qarabağda humanitar böhran varsa, Ermənistana nə fərqi var, yük hansı yol ilə gedir?"

Bir neçə gün əvvəl Azərbaycanın Dövlət Sərhəd Xidməti bildirmişdi ki, daxil olan məlumata görə, Ermənistan tərəfi Laçın keçid məntəqəsinə yük maşınları göndərəcək. Azərbaycanla razılaşdırılmadığı üçün bu cür təxribatların qarşısı qətiyyətlə alınacaq.

Eyni zamanda, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, əgər doğrudan da Qarabağdakı ermənilərin ərzaq, tibbi və digər humanitar yardımlara ehtiyacları varsa, bunu özümüz təmin edə bilərik.

Əgər Ermənistan bu mövzuda prinsipallıq nümayiş etdirirsə, o zaman Bərdə-Ağdam-Xankəndi yolundan keçərək öz humanitar yüklərini ermənilərə çatdıra bilər. 

YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Baksol yolu 89 ünvanında yerləşən “Unity Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev "Operativ Media"ya Laçın yolu ətrafında baş verənləri şərh edərkən bildirib ki, burada Azərbaycan Qarabağdakı erməni əhalisi üçün hər cür humanitar dəstək nümayiş etdirib. 

Fikrət Əliyev: Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq, qarşı tərəflərdən də bu addımı gözləyirik

"Artıq iki gündür ki, Ermənistanın manipulyasiyasına uyan siyasətçilər və ölkələr Azərbaycana təzyiq göstərməyə çalışırlar. Onlar elə düşünürlər ki, bu cür bəyanatlar Azərbaycan hökumətinin və xalqının iradəsinə təsir edə bilər. Qətiyyən belə deyil! Əgər belə olsaydı, biz dünəndən o yükü buraxardıq. 

Həqiqətən də Qarabağda humanitar böhra varsa, Ermənistan üçün yükün hansı yoldan getməyinin nə fərqi var? Bu hansı məntiqə sığır? 

Laçın dəhlizi bağlı deyil, bu gün Xankəndi-Gorus istiqamətində BQXK-ya məxsus 7 avtonəqliyyat vasitəsi və 34 nəfər Laçın BŞBPİ-dən qeydiyyata alınaraq keçib. 12 xəstə azərbaycanlı həkimlər tərəfindən müayinə olunub. Bəs deyirsiniz bağlıdır? 

Bəli, Laçın dəhlizi təxribatlar üçün bağlıdır. Ermənistan tərəfi ilk növbədə Azərbaycanın ərazi bütövlüyünə tək sözdə deyil, əməldə də hörmət göstərməlidir. Yüklərin buraxılmayacağını bilə-bilə onları göndərmək, sonra Sülhməramlıların yükü keçirəcəyini gözləmək, bütün dünyaya car çəkmək nəyə lazımdır? Nə oldu, keçdimi yüklər? 

Ermənistanın humanitar yardım üzrə xüsusi nümayəndəsi Vardan Sarkisyan bildirir ki, müxtəlif kanallar vasitəsilə Azərbaycandan xahiş edilib yüklər buraxılsın. Müsbət cavab yoxdur. 

Azərbaycandan icazə almamış, razılaşdırılmamış yük karvanını birbaşa ərazimizə göndərməyə çalışmaq ən azından diplomatik etikaya sığmır. 

Əgər Ermənistan məhz Laçın yolundan Xankəndiyə humanitar yardım keçirməyi qarşısına məqsəd qoyubsa, biz də məhz Zəngəzur vasitəsilə Naxçıvana yol istəyirik!" 

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu