Menyu

Marketlərdə müştərinin foto və video çəkiliş aparmaq hüququ varmı?

Redaksiya
Marketlərdə müştərinin foto və video çəkiliş aparmaq hüququ varmı?

“İstehlakçı aldığı malların keyfiyyətini, ölçüsünü, çəkisini, qiymətini yoxlaya bilər. Bütün bunlarla yanaşı, məhsulun foto və video görüntüsünü də çəkə bilər. Bu hüququ alıcıdan heç kim ala bilməz”-bunu “Operativ Media”ya açıqlamasında hüquqşünas Şamil Paşayev bildirib.

Hüquqşünasın sözlərinə görə, istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu qəbul olunub. Bu qanuna əməl etmək hər bir satıcının vəzifəsi, öhdəliyidir. 

“Satıcı alıcının tələbi ilə ona nəzarət ölçü cihazlarını verməlidir. Hətta məhsulun qiyməti haqqında sənədləri təqdim edə bilər. Yəni, malın qiymətinin niyə bu qədər olması ilə bağlı izahat vermək onun borcudur”.

Şamil Paşayev onu da bildirib ki, alıcının hüquqlarının pozulması ilə bağlı müvafiq olaraq Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edə bilər.

“Bundan başqa, alıcılar çəkidə qiymətlərin yanlışlığı, məhsul haqqında doğru olmayan məlumat, qiymət şişirdilməsi müşahidə etdikdə İqtisadiyyat Nazirliyi yanında İstehlakçıların Hüquqlarının Müdafiəsi Komitəsinə müraciət edə bilərlər". 

Qeyd edək ki, mal satan tərəfindən, malın ölçüsünə, çəkisinə, istehsal xüsusiyyətlərinə görə, vətəndaşları 300 manatdan az miqdarda aldatmağa görə fiziki şəxsləri 350-500 manatadək, vəzifəli şəxsləri 1500-3000 manatadək, hüquqi şəxsləri 4000-6000 manatadək cərimə edilir.

Teqlər:

"Marketlərdə müştərinin foto video çəkiliş aparmaq hüququ varmı?"

Əlaqəli Xəbərlər