SOCAR-ın daha üç vitse-prezidenti vəzifəsindən azad edildi
Redaksiya
Daşqın Ələm oğlu İskəndərov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib.
"Operativ Media" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamları ilə Bədəl Şamil oğlu Bədəlov və Xalik Rəfi oğlu Məmmədov da Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.
Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, bundan əvvəl Prezident SOCAR-ın iki vitse-prezidentini vəzifəsindən azad edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net