Menyu

XİN: Ermənistan Xaçaturyanın həbsi ilə bağlı dezinformasiya yayır

Redaksiya
XİN: Ermənistan Xaçaturyanın həbsi ilə bağlı dezinformasiya yayır

"Ermənistan Xarici İşlər Nazirliyi yenə dezinformasiya yayır. 68 yaşlı Vaqif Çerkezoviç Xaçaturyan Xocalı Meşəli qətliamı ilə bağlı beynəlxalq axtarışdadır".

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan XİN sözcüsü Ayxan Hacızadə Ermənistan XİN Sözcüsünə cavab olaraq bildirib.

"İstintaq müəyyən edib ki, o, 1991-ci ildə Meşəli kəndinə basqın edərək 25 azərbaycanlını qətlə yetirmiş, 14 nəfəri yaralamış, 358 azərbaycanlını öz yurd-yuvasından didərgin salmış erməni silahlı cinayətkarları sırasındadır. Təəssüf ki, Ermənistan rəsmiləri üzr istəmək və hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsinə kömək etmək əvəzinə, hələ də qanunsuz hərəkətlərə, haqq qazandırmağa çalışırlar. Üstəlik, Beynəlxalq hüquqa istinad edən Ermənistan XİN sözçüsü Laçın Keçid Məntəqəsinin Azərbaycan tərəfindən öz suveren ərazilərində yaradıldığından xəbərsizdir və onun legitimliyinə heç kim hökm edə bilməz".

Teqlər:

"XİN: Ermənistan Xaçaturyanın həbsi ilə bağlı dezinformasiya yayır"

Əlaqəli Xəbərlər