Menyu

Maskın "Twitter" loqosunu dəyişdirməsi ilə bağlı araşdırmalara başlanılıb 

Maskın "Twitter" loqosunu dəyişdirməsi ilə bağlı araşdırmalara başlanılıb 

San-Fransisko şəhər hökuməti Elon Maskın "Twitter" binasındakı "quş" loqotipini "X" ilə əvəz etməsi ilə bağlı "verilən işarə icazəsini pozmaq" səbəbi ilə araşdırma başladıb.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, loqo dəyişikliyi zamanı küçədə adekvat təhlükəsizlik tədbirlərinin görülmədiyini deyən San-Fransisko polisi işçilərə müdaxilə edib.

San Fransisko şəhər səlahiyyətliləri şəhərdəki binalardakı simvolların və ya hərflərin dəyişdirilməsinin, yaxud silinməsinin həm dizayn, həm də təhlükəsizlik səbəbiylə icazəyə tabe olduğunu bildirib: "Verilən işarə icazəsini pozmaq" səbəbiylə araşdırma başladılıb".

Qeyd edək ki, "Twitter"in yeni sahibi Elon Mask bu yaxınlarda sosial media platformasının klassik “quş” loqosunu “X” hərfi ilə əvəz edib. Bundan əlavə, Mask "X.com" ünvanının "twitter.com"a alternativ olacağını açıqlayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər