http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Dünyada ən çox danışılan 10 dil - SİYAHI

30 İyul 2023 , 21:28
Dünyada ən çox danışılan 10 dil - SİYAHI

Dünyanın ən çox danışılan dilləri son illərdə dəyişib. Bəzi dillər əvvəlkindən daha tez-tez danışılmağa başlayıb.

Bu barədə "Operativ Media" dünya mediasına istinadən xəbər verir.

Dünyada ən çox danışılan 10 dil isə bunlardır:

1. İNGİLİS DİLİ

İngilis dili hələ də dünyada ən çox danışılan dildir. 1 milyard 452 milyon insanın danışdığı ingilis dili 67 ölkədə rəsmi dil kimi qəbul edilir. İngilis dili Birləşmiş Millətlər Təşkilatı, NATO və Avropa Birliyi kimi beynəlxalq təşkilatların rəsmi dilidir.

2. ÇİN DİLİ 

Dünyada ikinci ən çox danışılan dil Çin dilidir. 1 milyard 118 milyon insanın danışdığı Çin dili Çin, Tayvan və Sinqapurun rəsmi dilidir. Çin dili dünyada geniş istifadə olunan bir dildir.

3. HİND DİLİ

Hind dilində dünyada 602 milyondan çox insan danışır və Hindistanın 22 rəsmi dilindən biridir.

4. İSPAN DİLİ

İspan dilində 548 milyondan çox insan danışır. Bu dil 21 ölkənin rəsmi dilidir.

5. ƏRƏB DİLİ

Dünyada ərəb dilində 372 milyon insan danışır. 25 ölkənin rəsmi dilidir.

6. FRANSIZ DİLİ

280 milyondan çox insanın danışdığı fransız dili 29 ölkənin rəsmi dilidir. Fransız dili dünyada ən çox öyrənilən ikinci dildir.

7. BENQAL DİLİ

Banqladeş və Hindistanda rəsmi dil kimi danışılan benqal dilində 272 milyondan çox insan danışır. Dünyada ən çox danışılan 7-ci dildir.

8. RUS DİLİ

258 milyondan çox insanın danışdığı rus dili Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın rəsmi dilidir. Rus dili dünyada əhəmiyyətli təsirə malikdir.

9. PORTUQAL DİLİ

257 milyon insanın danışdığı Portuqal dili 10 ölkənin rəsmi dilidir. Dünyada ən çox danışılan dillər arasında 9-cu yerdədir.

10. URDU

232 milyon insanın danışdığı urdu dili Pakistanın rəsmi dilidir. Dünyanın ən çox danışılan 10-cu dili hesab olunur.

 

Gözəl Həşimova

OXŞAR XƏBƏRLƏR
Rusiya saxlanılan rus və belarus vətəndaşları ilə bağlı Çad hakimiyyəti ilə əlaqə saxlayıb

Rusiya saxlanılan rus və belarus vətəndaşları ilə bağlı Çad hakimiyyəti ilə əlaqə saxlayıb

Netanyahu Livan xalqına müraciət edib

Netanyahu Livan xalqına müraciət edib

Türkiyə parlamentinin sədri Putinlə görüşməyi planlaşdırır

Türkiyə parlamentinin sədri Putinlə görüşməyi planlaşdırır

XƏBƏR LENTİ
  • 20:54

    Rusiya saxlanılan rus və belarus vətəndaşları ilə bağlı Çad hakimiyyəti ilə əlaqə saxlayıb
  • 20:47

    Netanyahu Livan xalqına müraciət edib
  • 20:38

    Türkiyə parlamentinin sədri Putinlə görüşməyi planlaşdırır
  • 20:16

    Qazaxıstanın müdafiə naziri ölkəmizdə səfərdədir
    Qazaxıstanın müdafiə naziri ölkəmizdə səfərdədir
  • 20:08

    “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib
  • 19:58

    IDF: İsrail Müdafiə Qüvvələri Beyruta məqsədli zərbə endirib
  • 19:54

    Muxtar Babayev ABŞ Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib
  • 19:43

    Pezeşkian: Ukraynadakı münaqişəni Aİ və ABŞ ilə müzakirə etməyə hazırıq
Menyu