Menyu

Sabirabadda üç nəfəri elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Gozel Həşimova
Sabirabadda üç nəfəri elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Sabirabadda 3 nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə "Operativ Media"ya Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.

İyulun 31-i saat 11 radələrində Sabirabad rayonun Cavad kəndi ərazisindən keçən su kanalında 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 2007-ci il təvəllüdlü Orxan Əlizadə və onun qohumları - əkiz qardaşlar 2011-ci il təvəllüdlü Nihad və Əjdər Əlizadənin elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyən edilib.

Fakta görə Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

İyulun 31-də saat 11:30 radələrində Sabirabad rayonu Cavad kəndində su kanalında 2007-ci il təvəllüdlü Əliyev Orxan və onun qohumları - ekiz qardaşlar 2011-ci Nihad və Əjdər Əlizadələrin elektrik cərəyanı vurmasından ölmələri barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin regional qrupundan "Operativ Media"ya bildirilib araşdırma aparılır.

Teqlər:

"Sabirabadda üç nəfəri elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB"

Əlaqəli Xəbərlər