http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Avtomobili idarə etmək üçün verilən etibarnamə ləğv edilir?

01 Avqust 2023 , 10:19
3573
Avtomobili idarə etmək üçün verilən etibarnamə ləğv edilir?

Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbi aradan qaldırıla bilər

Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən “Operativ Media”ya bildirilib. Çıxarılan qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev isə "Operativ Media"ya bildirir ki, bu gün Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin verilməsinə ehtiyac yoxdur. Onun fikrincə, etibarnamə anlayışı ümumiyyətlə ləğv olunmalıdır.

“Vətəndaş maşının texniki şəhadətnaməsini və açarını hər hansısa şəxsə verirsə, deməli bu adama etibar edir və o da sürə bilər. Bütün sivil ölkələrin əksəriyyətində etibarnamə yoxdur. Etibarnamə vermək anlayışı ancaq sahiblik mülkiyyət hüququnun dəyişdirilməsi ilə bağlı ola bilər. Hüququn təməl prinsiplərinə görə ər və arvad eyni maşını etibar edə bilər, amma günümüzdə görürürük ki, etibarnamə yoxdursa, ərə, ataya, oğula, yoldaşa və qardaşa da cərimə yazılır. Hüquq zərurətdən doğur. Etibarnamə niyə verilir sualının cavabına baxaq: Bu gün Azərbaycanda maşının oğurlanmaması, qaçırılmaması üçün belə bir yanaşma var. Amma biz görürük ki, Bakının demək olar ki, hər bir yerində müşahidə kameraları var, bölgələrdə belə ciddi bir nəzarət mexanizmi var. Maşın oğurlansa belə, vətəndaş Daxili İşlər Nazirliyinə müraciət edə bilər. Postlar, kameralarla yanaşı polis maşınlarında “Ay Patrul” sistemi var. Qaçırılma halının aşkarlanması üçün kifayət qədər imkan var. Belə olan halda etibarnaməyə ehtiyac yoxdur”.

Şamil Paşayevin sözlərinə görə, etibarnamənin ləğv edilməsi ilə bağlı hüquqşünaslar, millət vəkilləri, nəqliyyat məsələləri üzrə ekspertlər dəfələrlə müraciət ediblər. Milli Məclisin Müstəqil dövlət orqanı olan Konstitutsiya məhkəməsinin tövsiyyəsinə nə reaksiya verəcəyi isə payız sessiyasında bilinəcək.

OXŞAR XƏBƏRLƏR
Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib

Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib

Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

XƏBƏR LENTİ
  • 09:20

    Şamaxıda cibgirlik edən şəxslər saxlanılıblar
  • 09:17

    Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb
  • 09:15

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:12

    Azərbaycan nefti cüzi ucuzlaşıb
  • 09:11

    Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
  • 09:09

    "Barselona"nın qapıçısı əməliyyat olundu
  • 09:08

    Bakıda bu yollarda sıxlıq var - SİYAHI
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
Menyu