Menyu

Rusiya Tuna çayı limanlarına hücum edib

Rusiya Tuna çayı limanlarına hücum edib

Rusiya ötən gecə Tuna çayı ilə əlaqəli limanlara hücum edib.

"Operativ media xəbər verir ki, bunu Ukraynanın İcmalar, Regionlar və İnfrastruktur İnkişafı naziri Aleksandr Kubrakov bildirib.

Kübrakov sosial media hesabından verdiyi açıqlamada Rusiyanın ötən gecə Ukrayna limanlarına həyata keçirdiyi PUA hücumlarını dəyərləndirib və hücuma məruz qalan limanların fotolarını paylaşıb.

"Dünən gecə Rusiya İran pilotsuz uçuş aparatları (PUA) ilə bu limanlara hücum etdi. Bunlar bu gün qlobal ərzaq təhlükəsizliyinin əsasına çevrilən limanlardır. Ruslar anbarlara və taxıllara hücum etdi. Afrika ölkələri, Çin və İsrailin gözlədiyi 40 min tona yaxın taxıl zərər gördü", - nazir qeyd edib.

Kubrakov dünyanın bu hücumlara müqavimət göstərməli olduğunu və Ukrayna limanlarına hücumların bütün dünya üçün təhlükə olduğunu bildirib.

Ukraynanın özünü müdafiə edə biləcəyini qeyd edən Kubrakov bunun üçün daha çox hava hücumundan müdafiə sisteminə ehtiyac duyduqlarını əlavə edib.

Teqlər:

"Rusiya Tuna çayı limanlarına hücum edib"

Əlaqəli Xəbərlər