İsraildə silahlı hücum olub
İsrailin paytaxtı Təl-Əvivdə silahlı hücum nəticəsində ağır yaralanan israilli mühafizəçinin öldüyü bildirilib.
"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrail polisi və səhiyyə mənbələri məlumat yayıb.
Məlumata görə, Tel-Əvivin Montefiore küçəsində baş verən silahlı hücumda ağır yaralanan 42 yaşlı Çen Amir adlı israilli təhlükəsizlik işçisi həyatını itirib, hücum edən şəxs isə öldürülüb.
İsrailin baş naziri Benyamin Netanyahu hadisə ilə bağlı bildirib: "Tel-Əviv bələdiyyəsinin təhlükəsizlik heyətini sayıq davranıb və daha ciddi hücumun qarşısını alıb. Təhlükəsizlik qüvvələrimiz bizə hücum etmək istəyən hər kəslə hesablaşacaq".
Həmas sözçüsü Hazim Kasım da açıqlama verib: “Hücum işğalçı İsrailin Fələstin xalqına və müqəddəs yerlərə, xüsusilə də Məscidül-Əqsaya qarşı törətdiyi cinayətlərə cavabdır. İgid müqavimətimiz işğalı və işğalçıları hədəf almağa davam edir”.