Menyu

Rusiya MN: "Kiyev Moskvada PUA hücumuna cəhd edib" 

Rusiya MN: "Kiyev Moskvada PUA hücumuna cəhd edib" 

Rusiya silahlı qüvvələri Kiyevin Moskva vilayətindəki obyektlərə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etmək cəhdinin qarşısını alıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PUA Podolsk vilayəti ərazisində hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. 

“Bu gün saat 11:27-də Kiyev rejiminin pilotsuz uçuş aparatları ilə Moskva vilayətində yerləşən obyektlərə qarşı terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - nazirlikdən bildirilib.

“Terror aktı nəticəsində insan tələfatı və dağıntı olmayıb”, - nazirlikdən qeyd edilib. 

Teqlər:

"Rusiya MN: \"Kiyev Moskvada PUA hücumuna cəhd edib\" "

Əlaqəli Xəbərlər