Menyu

İranda hava çirkliliyinə görə məktəblər bağlanıb

İranda hava çirkliliyinə görə məktəblər bağlanıb

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasan əyalətinin mərkəzi şəhəri Məşhəddə havanın çirklənməsi səbəbindən məktəblər və idman zalları bağlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə “Asriran” xəbər portalı məlumat yayıb.

Məlumata görə, Məşhəd şəhərində məktəblər və idman zallarının tətilə bağlandığı, xüsusilə ürək və tənəffüs yolları xəstələri üçün zəruri olmadıqca çölə çıxmağın vacib olmadığı bildirilib. Çölə çıxmaq məcburiyyətində olanlara maskalardan istifadə etmələri tövsiyə olunub.

Rezevi Xorasan Ətraf Mühitin Mühafizəsi İdarəsi havanın çirklənməsinin son 2 saatda 302 mikroqram/kubmetr səviyyəsində olduğunu bildirib.

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, 100 mikroqramdan yuxarı çirklənmiş hava sağlamlıq üçün zərərlidir və 250-dən yuxarı ölçülər həyəcan deməkdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər