Menyu

Pakistan əhalisinin sayında böyük artım qeydə alınıb

Pakistan əhalisinin sayında böyük artım qeydə alınıb

Pakistanda ilk dəfə aparılan rəqəmsal siyahıyaalmanın nəticələrinə görə, ölkə əhalisinin sayı 241,49 milyon nəfərə yüksəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə Pakistan Statistika Bürosu məlumat verib. 

Məlumata görə, ölkə əhalisinin sayı illik 2,55 faiz artaraq 241,49 milyon nəfərə çatıb.

Əhalinin vilayətlərə görə bölgüsündə Pəncabın 127,68 milyon, Sindhin 55,69 milyon, Hayber Paxtunxvanın 40,85 milyon və Bəlucistanın 14,89 milyon əhalisi olduğu qeyd edilib.

Digər tərəfdən paytaxt İslamabadın əhalisinin 2,36 milyon olduğu açıqlanıb.

Ölkə üzrə kənd yerlərində yaşayanların nisbəti 61,18 faiz, şəhərlərdə yaşayanların nisbəti isə 38,82 faiz təşkil edib.

2017-ci ildə aparılan ən son siyahıyaalmada Pakistan əhalisinin 207,68 milyon olduğu açıqlanıb.

Pakistan Statistika Bürosu siyahıyaalmanın 2023-cü il martın 1-də başladığını açıqlayıb.

Teqlər:

"Pakistan əhalisinin sayında böyük artım qeydə alınıb"

Əlaqəli Xəbərlər