Menyu

Hikmət Hacıyev Ewelina Ochabın "Forbes"də yayımlanan məqaləsinə cavab verib

Redaksiya
Hikmət Hacıyev Ewelina Ochabın "Forbes"də yayımlanan məqaləsinə cavab verib

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev tanınmış hüquq müdafiəçisi Ewelina Ochabın Laçın yolu ilə bağlı "Forbes"də yayımlanan məqaləsinə cavab verib.

"Forbesdəki məqaləniz reallığı təhrif edir, birtərəflidir və Ermənistanın təbliğat/dezinformasiya maşını tərəfindən istifadə olunur. Siz insan haqları müdafiəçisi kimi Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış bir milyon azərbaycanlının hüquqlarını və acınacaqlı vəziyyətini heç vaxt məsələ kimi qaldırmamısınız. 

Azərbaycan Ermənistanın 30 ildir ki, dağıdıcı hərbi işğalından əziyyət çəkir. Ermənistanın işğal etdiyi ərazilərdə basdırdığı milyonlarla mina nəticəsində Azərbaycanın mülki əhalisi mina terrorunun qurbanına çevrilir. Laçın yolu Ermənistan tərəfindən minaların qanunsuz dövriyyəsi üçün istifadə olunur. Amma siz bütün bunlara qarşı susdunuz. Ermənistanın himayə etdiyi marionetist rejim Qarabağ bölgəmizin erməni sakinlərini girov saxlayır. İnsan hüquqları müdafiəçisi olmaq neytral, siyasi manipulyasiyalardan uzaq, obyektivlik və ədalətli olmağı tələb edir. Təəssüf edirəm ki, "Forbes" də belə birtərəfli məqaləni dərc edib"-deyə Hikmət Hacıyev bildirib.

Teqlər:

"Hikmət Hacıyev Ewelina Ochabın \"Forbes\"də yayımlanan məqaləsinə cavab verib"

Əlaqəli Xəbərlər