Menyu

Banqladeşdə 700 min insan təbii fəlakətlər səbəbindən köməksiz vəziyyətdə qalıb

Banqladeşdə 700 min insan təbii fəlakətlər səbəbindən köməksiz vəziyyətdə qalıb

Banqladeşin cənub-şərqində musson yağışlarının səbəb olduğu sel və torpaq sürüşmələri səbəbiylə köməksiz vəziyyətdə qalan təxminən 700 min insan təxliyyə olunmağı gözləyir.

"Operativ Media" xəbər verir ki, Banqladeş səlahiyyətliləri ölkənin cənub-şərqində leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri səbəbindən təxminən 700 min insanın qapalı vəziyyətdə qaldığını açıqlayıb.

Səlahiyyətlilər təxliyyə olunmağı gözləyən bu insanların sığınacaq, təmiz su və qida ehtiyaclarının ən yüksək səviyyədə olduğunu bildirib.

Beş gündür elektrik verilməyən və torpaq sürüşmələri səbəbiylə yolların bağlandığı Bandarbanın musson yağışlarından ən çox təsirlənən bölgə olduğu bildirilib. 

Rəsmilər bildirib ki, Çattogram, Bandarban, Rangamati bölgələrində köməksiz vəziyyətdə qalan ümumilikdə 70 min insan xilas edilərək sığınacaqlara yerləşdiriliblər.

Teqlər:

"Banqladeşdə 700 min insan təbii fəlakətlər səbəbindən köməksiz vəziyyətdə qalıb"

Əlaqəli Xəbərlər