10 Avqust 2023, 10:41
"iPhone 15"in təqdimatı sentyabrın 12-də baş tutacaq

"Apple" hazırda "iPhone 15"in tədbir tarixinə 12 və 13 sentyabr arasında qərar verməyə çalışır. Lakin 12-i ssenarisi daha çox mümkündür".
"Operativ Media" "Bloomberg"ə istinadən xəbər verir ki, "Apple"ın tədbiri adi hibrid formatında, yəni pandemiya dövrünü xatırladan bəzi əvvəlcədən yazılmış videolar, lakin daha çox canlı təqdimatlardan ibarət olacaq.