11 Avqust 2023, 09:27
Çində elektrikli avtomobil satışları son 7 ayda 42 faiz artıb
Çində elektrikli avtomobil satışları son 7 ayda 42 faiz artıb şəkil
Çində elektrikli avtomobil satışları son 7 ayda 42 faiz artıb

Çində “New Energy Vehicle” (NEV) adlı təkrar doldurulan akkumulyator, hibrid və yanacaq hüceyrəli elektrik avtomobillərinin satışı 2023-cü ilin ilk 7 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 41,7 ədəd artıb.

"Operativ Media" xəbər verir ki, Çin Avtomobil İstehsalçıları Assosiasiyasının (CAAM) məlumatına görə, yanvar-iyul aylarında 4,59 milyon elektrik avtomobili istehsal edilib, onlardan 4,53 milyonu daxili bazarda alıcı tapıb.

İlk 7 ayda əvvəlki illə müqayisədə istehsal 40 faiz, satış isə 41,7 faiz artıb.

İyulda ölkədə 805 min elektrik avtomobili istehsal edilib, 780 min avtomobil satılıb, 101 min avtomobil ixrac edilib.

İllik bazda istehsal 30,6 faiz, satış 31,6 faiz, ixrac isə 87 faiz artıb.

Elektrikli avtomobillər iyulda yüzdə 32,7 bazar payına çatıb.

Son xəbərlər
Prezident: Bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir
Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB
Rusiyada Mİ-28 helikopteri qəzaya uğrayıb
Prezident: "Biz tarixi ədaləti bərpa etməli idik"
Putin Trampla telefon danışığını bitirib - YENİLƏNİB
İlham Əliyev: İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb
Prezident: Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub