11 Avqust 2023, 10:42
Rusiya 47 ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərib
Rusiya 47 ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərib şəkil
Rusiya 47 ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərib

Rusiya 1976-cı ildən bəri ilk dəfə su mənbəyi axtarmaq üçün Aya kosmik gəmi göndərib.

"Operativ Media" xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) “Luna-25” kosmik gəmisini daşıyan “Soyuz 2.1v” raketini paytaxt Moskvadan 5500 kilometr şərqdə yerləşən “Vostochnıy” kosmodromundan kosmosa göndərib.

Luna-25 uğurlu buraxılışdan sonra uçuş orbitinə daxil olarkən, kosmik gəminin avqustun 21-də Ayın cənub qütbünə enməsi planlaşdırılır.

Təxminən 1 il Ayda araşdırma aparacaq Luna-25, kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirlərini araşdırmaq, həmçinin su mənbələrini axtarmaq missiyalarına malikdir.

Roskosmos prezidenti Yuriy Borisov bildirib ki, “Luna-25” Aya dinc məqsədlə göndərilib və onlar 2027, 2028 və 2030-cu illərdə Aya kosmik gəmi göndərməyi planlaşdırırlar.

Son xəbərlər
İlham Əliyev: "Bakıya tanklarla gəlib çay içəcəyik” deyənlər indi məhkəmə qarşısında cavab verirlər
“Neft Daşları”nda kran dənizə düşüb
Zelenski Finlandiyaya səfər edib
Prezident: Bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir
Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB
Rusiyada Mİ-28 helikopteri qəzaya uğrayıb
Prezident: "Biz tarixi ədaləti bərpa etməli idik"
Putin Trampla telefon danışığını bitirib - YENİLƏNİB