http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə edilib

12 Avqust 2023 , 10:58
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə edilib

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə edilib.

Nazirlər Kabinetindən "Operativ Media"ya verilən məlumata görə, qərar Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi barədə qərarına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən xidmətlər xərfində  dəyişikliklər edilərək tibbi xidmətlərin sayı və çeşidi artırılıb, eləcə də bəzi xidmətlərin qiyməti yenilənib.


Belə ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nə 794 sayda yeni tibbi xidmət əlavə edilib. Nəticədə Xidmətlər Zərfindəki tibbi xidmətlərin sayı 3344-ə çatdırılıb. Bu  xidmətlərin 33-ü invaziv radioloji, 43-ü ambulator, 200-ü laborator, 522-si isə stasionar tibbi xidmətlərdir. Yeni xidmətlər sırasına vətər, əzələ, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub.
Təminata alınmış əməliyyatlar sırasına ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası, skolioz əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər əlavə olunub.

OXŞAR XƏBƏRLƏR
Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu