Mahaçqalada partlayış nəticəsində 35 nəfər ölüb - YENİLƏNİB
Nərmin Qocamanlı
Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.
"Operativ Media" xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 35-ə yüksəlib.
***
09:12
Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.
"Operativ Media" xəbər verir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasında Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar matəm elan olunub.
Bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov fərman imzalayıb.
Fərmana əsasən bu gün Dağıstanda matəm elan edilib.
Teqlər:
"Mahaçqalada partlayış nəticəsində 35 nəfər ölüb - YENİLƏNİB"