Menyu

Nikosayağının düşdüyü qəzanın təhlükəsizlik kamerasından görüntüsü yayılıb

Redaksiya 77231 baxış
Nikosayağının düşdüyü qəzanın təhlükəsizlik kamerasından görüntüsü yayılıb

 

Bu gün saat 01 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində 1993-cü il təvəllüdlü Nicat Nafis oğlu​ Şakirli idarə etdiyi “Porsche” markalı​ 10-GR-005 dövlət qeydiyyat nişanlı avtomobili qarşıdan gedən Ramiz Vəli oğlu Aivazovun idarə etdiyi​ “Scania” markalı yük avtomobilinə vurub. Qəza nəticəsində Nicat Şakirlinin sərnişini - Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü ​ Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib, sürücü isə xəstəxanaya yerləşdirilib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən "Operativ Media"ya bildirilib ki, hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub, qəza nəticəsində zərərçəkmiş şəxslər, eləcə də yolda hərəkətin bərpası ilə bağlı zəruri tədbirlər görülüb, faktla bağlı araşdırma aparılır.

Qəzanın təhlükəsizlik kamerasından görüntüsü yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Teqlər:

"Nikosayağının düşdüyü qəzanın təhlükəsizlik kamerasından görüntüsü yayılıb"

Əlaqəli Xəbərlər