Menyu

Yemək qabında barıt - ŞƏRH

Nərmin Qocamanlı
Yemək qabında barıt - ŞƏRH

Qarabağda yaşayan ermənilərin humanitar böhran adlandırdıqları həyatı müharibə həyatına keçid alır. Yemək tələbi və ya xahişi ilə uzatdıqları qabdan barıt qoxusu gəlir. Ermənistandan gələn və Laçın keçid məntəqəsindən Qarabağa keçidini gözləyən TIR-lar iylənmə mərhələsindədir. Acsınızsa nə dəxli var sizə uzanan kömək əli soldur, yoxsa sağdır, qəbul edin.

TIR-lara Ağdam – Xankəndi yolu ilə hərəkət edin deyilir. Çünki, bu Azərbaycan ərazisidir. Qonağa harda deyirlər orda oturmalıdır, evə hansı dəhlizdən, yoldan keç deyirlərsə, ordan da keçməlidir. (Onlar ora 1-ci Qarabağ Müharibəsindən sonra köçürülüb, ona görə də qonaqdırlar, etnik deyillər). Üstəlik bu əli Azərbaycan sizə öz evində jest olaraq edir. Erməni xisləti, həyata baxışı, düşmənçiliyi hələ də davam etdiyi məqamda Azərbaycan tərəfindən olunan davranış aşırı humanistlikdir. Bu humanistliyin də qədəri var, səbri var. Bunu ermənilər bir neçə dəfə görüblər. Yəqin yenə də görmək istəyirlər, dəmir və qanı...

Yeri gəlmişkən, sosial şəbəkələrdə acıq deyən ermənilərin, kef məclisləri aclıq olsun kef olsun məsələsindən uzaqdır. Qarabağda yaşayırlar, nəinki ərzaq təhlükələri hətta canlarına təhlükə belə yoxdur. Bir məqam da ondan ibarətdir ki, Qarabağda ermənilər qida üçün acdırlar yoxsa müharibə üçün. Çünki humanitar böhranımız var deyib, hərbi hərəkətlilik etmək, hərbi obyektlər tikmək, silahlar daşımaq və s. bu artıq revanşist davranışdır. Azərbaycanın suveren ərazisində qanunlara tabe olmamaqdır, silahlı müqavimət göstərmək meylləridir. Aclıq çəkən adamların müharibə etmək enerjisi hardan gəlir?! 

Deməli, vəziyyət aclıq, humanitar böhran deyil. Vəziyyətin izahı odur ki, Qarabağ ermənilərini TIR-lar narahat etmir. TIR-lar növbəti silahlı münaqişə üçün səbəb yaratmalıdır. Onu da yarada bilmirlər. Çünki həftələrdir ki, ssenari keçərli olmur. Belə getsə, Laçın keçid məntəqəsində gözləyən TIR-lardakı məhsullar ölən və yaralanan Qarabağdakı ermənilərin dəfn edilməsi və ya yaralarının sağalması üçün istifadə olunacaq. Bu daha real görünür.


 Samir Cabbarov – Operativ Media

Teqlər:

"Yemək qabında barıt - ŞƏRH"

Əlaqəli Xəbərlər