Ağ Ev: Bayden Hindistanda keçiriləcək G20 sammitində iştirak edəcək
ABŞ prezidenti Co Bayden sentyabrın 9-10-da Hindistanda keçiriləcək G20 sammitində iştirak etməyi planlaşdırır.
"Operativ Media" xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
"Bayden 7-10 sentyabr tarixlərində Nyu-Dehliyə səfər edəcək və burada o, G20-nin digər üzvləri ilə ekoloji cəhətdən təmiz enerjiyə keçid, iqlim dəyişikliyi ilə mübarizə, iqlim dəyişikliyinin sosial və iqtisadi təsirlərinin yumşaldılması kimi qlobal problemlərin həlli üçün birgə səyləri müzakirə edəcək. Rusiya-Ukrayna münaqişəsi və çoxtərəfli inkişaf banklarının, o cümlədən Dünya Bankının yoxsulluqla daha səmərəli mübarizə aparmaq və ciddi transmilli problemləri həll etmək imkanlarının genişləndirilməsi mövzuları da müzakirəyə çıxarılacaq", - o, mətbuat konfransında bildirib.
Teqlər:
"A\u011f Ev: Bayden Hindistanda ke\u00e7iril\u0259c\u0259k G20 sammitind\u0259 i\u015ftirak ed\u0259c\u0259k\u00a0"