İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının tərkibi dəyişib

admin
İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının tərkibi dəyişib

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının tərkibi dəyişib.

"Operativ Media" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

 

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

 

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi siyasət məsələləri sektorunun müdiri.

Qeyd edək ki, indiyə qədər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının tərkibi aşağıdakı kimi idi:

 

İlqar Fəti-zadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

 

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Anar Əliyev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

 

Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

 

Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.

Digər xəbərlər