27 Avqust 2023, 15:28
Laçında Uşaq İncəsənət Festivalının yay düşərgəsi keçirilib (FOTO)
Laçında Uşaq İncəsənət Festivalının yay düşərgəsi keçirilib (FOTO) şəkil
Laçında Uşaq İncəsənət Festivalının yay düşərgəsi keçirilib (FOTO)

"Laçın Şəhəri Günü" tədbirləri çərçivəsində Həkəri çayının sahilində, bulvar ərazisində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP Azerbaijan” şirkətinin baş sponsoru olduğu Uşaq İncəsənət Festivalının yay düşərgəsi keçirilib.

Bu barədə "Operativ Media"ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, düşərgədə xalq çalğı alətləri, rəssamlıq, bədii qiraət, xanəndəlik sənəti, aşıq sənəti, solo milli rəqs və s. nominasiyalar üzrə festivalın finalına vəsiqə qazanan 60-a yaxın uşaq iştirak edib.

Düşərgə müddətində uşaqlar üçün maraqlı və əyləncəli oyunlar, fləşmob keçirilib. Xalq artistləri, xanəndə Gülyanaq Məmmədova, tarzən Elçin Həşimov, Əməkdar artistlər, rəqqasə Eteri Cəfərova, müğənni Anar Hüseynli, Əməkdar müəllim, professor Hökümə Əliyeva, müğənni Elnarə Xəlilova, aşıq Əli Quliyev, bədii qiraət ustası Xəzər Süleymanlı və başqaları tərəfindən ustad dərsləri təşkil edilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 26-27 avqust tarixlərində Laçında şəhər günü tədbirləri keçirilir.

Son xəbərlər
Ukraynadakı münaqişədə ölənlərin sayı açıqlanıb
Qurban Qurbanov: Builki avrokubok oyunları yaxşı təcrübə oldu
ABŞ Gürcüstanda bir sıra məmurlara qarşı viza məhdudiyyəti tətbiq edir
Bir gündə Qəzzada ən azı 71 fələstinli həlak olub
AL: "Qarabağ" "Elfsborq"a məğlub oldu
Lionel Messi Azərbaycan səfəri ilə bağlı paylaşım etdi
13 Dekabr 2024, 00:33
Netanyahu: Bir gün İran azad olacaq
"Qalatasaray" "Malmö" ilə heç-heçə etdi