14 Noyabr 2022, 18:30
Xəzərdə monitorinqlər aparılır
Xəzərdə monitorinqlər aparılır şəkil
Xəzərdə monitorinqlər aparılır

Xəzər dənizində ekoloji monitorinqlər aparılır.

Bu barədə "Operativ Media"ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumata verilib.

Bildirilib ki, nazirliyin Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə Xəzər dənizində 4 noyabr tarixindən monitorinqlərə başlayan ekspedisiya qrupu bugünədək Lənkəran, Kür dili və Cənub-Şərqi Qoltuq məntəqələrində Xəzər dənizinin hidrobioloji vəziyyətini təhlil edib, ekoloji monitorinqlər həyata keçirib.

Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, ekspedisiya zamanı 17 məntəqə üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos, hava nümunələri götürülüb, hidrometeoroloji ölçmələr və müxtəlif komponentlər üzrə tədqiqatlar aparılıb.

Qrup rəhbərinin sözlərinə görə, monitorinqlər noyabrın 17-dək davam edəcək, tədqiqat işləri növbəti günlərdə “Səngəçal-Duvannı-Xərə-Zirə” və “8 mart” yataqlarında aparılacaq.

Son xəbərlər
Qubada partlayışda xəsarət alan şəxs ölüb
SOCAR-ın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
İraqda güclü zəlzələ olub
Qubada qəza olub, 5 nəfər xəsarət alıb
Ulu Öndərin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Bakının bəzi rayon və qəsəbələrində qaz olmayacaq
Ərdoğan Macarıstan Prezidenti ilə görüşüb
Robert Fiço: Qərb gələcəkdə Ukraynanı qurban verə bilər