Menyu

Təmir işlərinə görə iki marşrutun hərəkət xətti dəyişdirilib

Operativ Media
Təmir işlərinə görə iki marşrutun hərəkət xətti dəyişdirilib
1 dəq oxu

Bakıda 77 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə "Operativ Media"ya BNA-dan bildirilib. 

Buna səbəb paytaxtın Yasamal rayonunun Əsəd Əhmədov küçəsində aparılan təmir işləridir. Hazırda qeyd olunan xətlər üzrə avtobuslar Məhəmməd Xiyabani küçəsindən keçməklə fəaliyyət göstərir.

Əlaqəli Xəbərlər