Ağcabədidə qanunsuz ov edən şəxslər müəyyən olunub

Nərmin Qocamanlı
Ağcabədidə qanunsuz ov edən şəxslər müəyyən olunub

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər müəyyən olunub.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayon sakinləri F.Quliyev və Ü.Həsənovun Salmanbəyli kəndi ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və ovladıqları çöl heyvanları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər