Menyu

"Apple" ciddi problemlə üzləşə bilər: "China Mobile" şirkəti "iPhone 15" smartfonlarını satmayacaq

Redaksiya
"Apple" ciddi problemlə üzləşə bilər: "China Mobile" şirkəti "iPhone 15" smartfonlarını satmayacaq

Kütləvi İnformasiya Vasitələrində Çinin böyük mobil operatoru olan "China Mobile"ın "iPhone 15" smartfonlarını satmayacağına dair məlumatlar yayılıb.

"Operativ Media" xəbər verir ki, bu Çində problemləri olan "Apple" üçün daha ciddi problemə çevrilə bilər. Çünki hökumət dövlət sektoru rəsmilərinə "iPhone" smartfonlarından istifadəni qadağan edib, hətta onların işə gətirilməsinə qadağa qoyub.

"Bloomberg" jurnalisti və analitiki Mark Qurmanın sözlərinə görə, "iPhone 15"in qlobal satışa çıxarılmasına bir neçə gün qalmış "Apple" böhrandan qaçmağa çalışır. Şirkət təkcə Çin dövlət məmurları arasında "iPhone"ların istifadəsinə qoyulan qadağa ilə bağlı məsələlərlə məşğul olmur, həm də yerli şirkətlərin smartfonları ilə rəqabət aparır. 

Qeyd edək ki, "Apple" payız təqdimatının sentyabrın 12-də baş tutacağını rəsmən təsdiqləyib . Yeni qurğular sentyabrın 22-də satışa çıxarılacaq və sentyabrın 15-də əvvəlcədən sifariş vermək mümkün olacaq.

"Apple"ın Çində problemlərlə üzləşməsi ilk dəfə deyil. ABŞ və Çin arasında ticarət müharibəsi fonunda, 2019-cu ildə Çində "iPhone XR" və "XS" satışları kəskin şəkildə azaldı. Şirkətin bərpası iki-üç il çəkdi. Bu il hər şey daha ciddi görünür.

Çin hazırda "Apple" üçün ən vacib bazarlardan biridir.

Teqlər:

"\"Apple\" ciddi probleml\u0259 \u00fczl\u0259\u015f\u0259 bil\u0259r: \"China Mobile\" \u015firk\u0259ti \"iPhone 15\" smartfonlar\u0131n\u0131 satmayacaq"

Əlaqəli Xəbərlər