http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Pekində mədəni irsin qorunması və bərpası üzrə əməkdaşlıq müzakirə olunub (FOTO)

08 Sentyabr 2023 , 22:49
Pekində mədəni irsin qorunması və bərpası üzrə əməkdaşlıq müzakirə olunub (FOTO)

Çin Xalq Respublikasında səfərdə olan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çin mədəniyyət və turizm nazirinin müavini, Milli Mədəni İrs Administrasiyasının administratoru Li Çün ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Li Çün dəvəti qəbul edib Çinə səfər etdiklərinə görə mədəniyyət naziri Adil Kərimliyə təşəkkürünü bildirib.

Çinin tarix-mədəniyyət abidələri haqqında məlumat verən nazir müavini ölkəsinin qədim mirasının qorunması istiqamətində həyata keçirilən işlərdən danışıb. Li Çün, eyni zamanda, beynəlxalq səviyyədə mədəni əməkdaşlıq barədə söz açıb.

Səmimi qəbula və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir Adil Kərimli Çin kimi dünyanın qədim sivilizasiya beşiklərindən sayılan bir ölkədə olmasından məmnunluğunu diqqətə çatdırıb.

Nazir Azərbaycanın mədəni zənginlikləri barədə məlumat verib, ölkələrimizi həm də tarixən İpək Yolunun birləşdirdiyini deyib. Bildirilib ki, bu tarixi marşrut üzərində yerləşən ölkələrin mədəni irsinin qorunması və təbliği sahəsində birgə səylər daha yaxşı nəticələrə gətirib çıxara bilər.

Qeyd olunub ki, Azərbaycanda tarix-mədəniyyət abidələrinin qorunması, bərpası və təbliği daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı ardıcıl addımlar atılır, yerli və beynəlxalq layihələr həyata keçirilir. Heydər Əliyev Fondu təkcə ölkəmizdə deyil, xaricdə də mədəni irsin qorunmasına dəstək olur.

Nazir A.Kərimli Çin ilə mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib, bir sıra istiqamətlərdə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. Bu kontekstdə iki ölkə arasında müqavilə-hüquq bazasının təkmilləşdirilməsinin zəruri olduğu qeyd edilib.

Ermənistanın Azərbaycanın suveren ərazisinin 30 il ərzində işğal altında saxladığını diqqətə çatdıran Adil Kərimli bu müddət ərzində bütün infrastrukturun, o cümlədən tarixi, mədəni və dini irsin vandalizmə məruz qaldığını, mənimsənildiyini və talan edildiyini vurğulayıb. Bildirilib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu düşməni ağır məğlubiyyətə uğradaraq ərazilərimizin 30 illik işğalına son qoyub, tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa edib. Ermənistanın işğal dövründə törətdiyi vandalizmin gerçək vəziyyəti müharibədən sonra ortaya çıxıb, yüzlərlə şəhər, qəsəbə və kəndlərimizin yer üzündən silindiyi məlum olub.

Müharibədən qısa müddət sonra Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş ərazilərdə geniş bərpa və yenidənqurma işlərinə başlanılıb. Tarixi torpaqlarımızda mədəni irsin də bərpası istiqamətində davamlı iş aparılır. Bir sıra tarixi və dini abidələrin bərpası artıq başa çatdırılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.//AZƏRTAC//

OXŞAR XƏBƏRLƏR
Azərbaycanla Qazaxıstan arasında mədəni əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Qazaxıstan arasında mədəni əməkdaşlıq müzakirə olunub

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru vəzifəsinə yeni təyinat olub

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru vəzifəsinə yeni təyinat olub

Napoleonun şapkası 1,9 milyon avroya satılıb

Napoleonun şapkası 1,9 milyon avroya satılıb

XƏBƏR LENTİ
  • 19:39

    Sahibə Qafarova Çex Respublikasında rəsmi səfərdədir
  • 19:33

    Mingəçevirdə "Audiovizual mediada ictimai maraqların qorunması" mövzusunda dəyirmi masa təşkil olunub
  • 19:22

    Qaydalara əməl etməyən ictimai iaşə müəssisəsinin fəaliyyəti dayandırılıb
  • 19:11

    Ukrayna müdafiə nazirinə yeni müavin təyin edilib
  • 18:58

    Qanunsuz ağac kəsənlər məsuliyyətə cəlb olunub
  • 18:07

    Beynəlxalq axtarışda olan daha bir şəxs ölkəmizə ekstradisiya olunub
  • 18:04

    Ərdoğan Yaponiyanın Baş naziri ilə görüşüb
  • 17:57

    Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilib
Menyu