17 Noyabr 2022, 11:07
MM-in payız sessiyasının növbəti plenar iclası başlayıb
MM-in payız sessiyasının növbəti plenar iclası başlayıb şəkil
MM-in payız sessiyasının növbəti plenar iclası başlayıb

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

"Report"un xəbərinə görə, toplantıda 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdiriləcək.

Büdcə zərfinə "2023-cü ilin dövlət büdcəsi haqqında”, " 2023-cü il üçün yaşayış minimumu haqqında”, "2023-cü il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.

İclasda hökumət üzvləri də iştirak edirlər.

Qeyd edək ki, Milli Məclisin noyabrın 16, 17 və 18-də keçiriləcək plenar iclaslarının gündəliyinə ümumilikdə 19 məsələ daxil edilib. Ötən gün toplantının gündəliyinə daxil edilən Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul edilib. Digər 18 məsələnin müzakirəsi isə davam etdiriləcək.

Son xəbərlər
Hikmət Mirzəyev Türkiyənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ilə görüşüb
8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib
25 Yanvar 2025, 14:05
Rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ
Britaniya və İrlandiyada minlərlə hava reysi təxirə salınıb
BDYPİ sürücülərə müraciət edib
Təlim-metodiki toplanış keçirilib
Sabah yağış yağacaq - PROQNOZ
DİN: 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb