Menyu

Şabranda bataqlıq quşlarını qanunsuz ovlayanlar saxlanılıb

Nərmin Qocamanlı
Şabranda bataqlıq quşlarını qanunsuz ovlayanlar saxlanılıb
1 dəq oxu

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Hacıqaraqaşlı kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən xəbərə görə,rayon polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən rayon sakinləri Ramin Kərimov və Elşən Babayev saxlanılıblar.

Həmin şəxslərdən 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları bataqlıq quşları aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər