Azərbaycanda partiya sədrinin ölkədən çıxışına qadağa qoyulub
Nərmin Qocamanlı
Yüksəliş partiyasının sədri Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulub
DİN-in Mətbuat Xidmətindən "Operativ Media"ya bildirilib ki, Anar Əsədlinin barəsində tətbiq olunan bu qərara səbəb iki vətəndaşın dələduzluqla bağlı Daxili İşlər Nazirliyinə etdikləri şikayətdir.
Belə ki, A.Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pullarını alaraq mənimsəyib.
Hazırda hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. A.Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net