http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Hərbi ekspert: "Kamili bu açıqlamaları verməyə kimlərsə vadar ediblər"

10 Oktyabr 2023 , 15:25
Hərbi ekspert: "Kamili bu açıqlamaları verməyə kimlərsə vadar ediblər"

Sosial şəbəkədə Əzizov Kamil Bahadır oglunun müraciətinə baxdım və kiçik bir araşdırmalar apardım. Apardığım arasdırmaların nəticələrinə görə 09.09.1990-cı il təvəllüdlü Əzizov Kamil Bahadır oglu Sumqayıt şəhərində anadan olub. 29.09.2020-ci ildə səfərbərliyə çağrılıb və döyüşlərdə birbaşa iştirak etməyən N saylı hərbi hissədə xidmət edib. Azad edilən ərazilərdə xidmət etdiyinə görə medallar da alıb. Yaralanmayıb və xəsarəti də yoxdur.

"Operativ Media" xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev öz sosial şəbəkə hesabında yazıb.


Kamil Əzizov 10.06.2022-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının qəbulunda olub və işlə təmin olunmasını istəyib. Mənzil Kommunal İstehsalat Birliyinin nəzdində olan "Küçə İşıqları" idarəsində aylıq 650 manat məvacibi olan işlə təmin olunub. 17.06.2022-ci ildə Sumqayıt İcra hakimiyyəti təkrar müraciət edib və 2000 manat maddi yardım alıb. Kamilin bütün müraciətləri yerinə yetməsi, onu daha da iştahlandırıb. 28.10.2022-ci ildə yenə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının qəbulunda olub. Bu dəfə xidməti maşın və İcra Hakimiyyətinin başçısının müavini vəzifəsini tələb edib. Əks halda intihar edəcəyini bildirib. İndi Əzizov Kamil Bahadır oglu döyüşlərdə birbaşa iştirak etsəydi, hansısa rayona bayraq sancsaydı, hansı vəzifəni tələb edəcəkdi?

Kamilin xidmət etdiyi və bu təyinata malik digər hərbi hissələrdə azad edilən ərazilərin mühafizəsində minlərlə şəxsi heyət 2 və ya 3 ay xidmət edib. Bu fəaliyyətlə hazırda on minlərlə heyət məşğul olur. Bütün bu şəxslərə xidməti maşın və şəhər İcra hakimiyyəti başçısının müavini vəzifəsi verilməsi nə qədər real tələbdir? Şəhər təssərrüfatini bilməyən birisi iddia etdiyi vəzifədə nə qədər səmərəli fəaliyyət göstərə bilər?

Əgər Kamil dediyi qədər geniş potensiala malikdirsə, universitet bitiribsə, niyə görə Dövlət qulluğuna qəbul üçün müsabiqələrə qatılmır?

Təbii ki, 3 ildən sonra N saylı hərbi hissədə xidmətləri yadına düşən Kamili bu açıqlamaları verməyə kimlərinsə vadar etdiyi şübhəsizdir. İnanıram ki, həssas təbəqəyə qismən aidiyyəti olan insanları qızışdıranları hüquq mühafizə orqanlarımız araşdırıb zəruri tədbirlər görəcəklər.
Hər bir vətəndaş yüksək vəzifə, şəxsi maşın və yüksək maaş almaq istəyə bilər, amma əvvəlcə bu vəzifəni icra etmək üçün tələbləri ödəmək lazımdır, bu tələblər ödənməyəcəksə, vəzifəyə təyinat istəyi Azərbaycan millətinin maraqlarına necə xidmət edə bilər? Bu məntiqlə Azərbaycan necə inkişaf edəcək? Hər birimiz bacardığımız sahədə Azərbaycana fayda verməliyik.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov və Qətərin yeni səfiri arasında bölgədə mövcud vəziyyət müzakirə  edilib

Ceyhun Bayramov və Qətərin yeni səfiri arasında bölgədə mövcud vəziyyət müzakirə edilib

Britaniya, Fransa, Niderland və Almaniya səfirləri İran XİN-nə çağırılıb

Britaniya, Fransa, Niderland və Almaniya səfirləri İran XİN-nə çağırılıb

Ceyhun Bayramov Əlcəzairin yeni səfiri ilə görüşüb

Ceyhun Bayramov Əlcəzairin yeni səfiri ilə görüşüb

XƏBƏR LENTİ
  • 22:56

    Paşinyan Blinkenlə sülh prosesini müzakirə edib
  • 22:32

    Taxıl daşıyan gəmidə partlayış baş verib
  • 22:12

    Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
  • 21:41

    Ukraynalı ekspert Rusiyanın Kursk bölgəsini geri almaq üçün nə qədər qoşun topladığını bildirib
  • 21:19

    Bayden Ukraynanın Rusiyaya Fırtına Kölgəsi raketləri atmağına icazə verəcək
  • 21:03

    Bakıda qəza sıxlığa səbəb olub
  • 20:59

    Putin: Qərbin Ukrayna münaqişəsində birbaşa iştirakı onun mahiyyətini dəyişir
  • 20:31

    Putin: NATO Ukrayna münaqişəsində birbaşa iştirak edib-etməmək barədə qərar verir
Menyu