Menyu

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çində forumda iştirak edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çində forumda iştirak edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasının ev sahibliyi etdiyi Üçüncü Kəmər və Yol Forumunda iştirak edir.

Mərkəzdən “Operativ Media”ya verilən məlumata görə, Pekində iki gün davam edəcək forumda 130 ölkə və 30 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı gözlənilir.

Mərkəzin üzvləri - sabiq prezidentlər - Boris Tadiç (Serbiya), İvo Yosipoviç (Xorvatiya), Mladen İvaniç (Bosniya və Herseqovina), Borut Pahor (Sloveniya), Rosen Plevneliyev (Bolqarıstan), həmsədr İsmayıl Serageldin, BMT Baş Assambleyasının (BA) eks-prezidenti, Ekvadorun sabiq xarici işlər naziri Maria Fernanda Espinosa, mərkəzin baş katibi ilə qatılaraq müxtəlif panel müzakirələrdə çıxışlar edəcəklər.

Oktyabrın 17-18-də Pekində keçiriləcək konfrans Çin Xalq Respublikası Sədrinin təşəbbüsü ilə yaradılan "Bir kəmər və tol" Təşəbbüsünün (BRI) 10-cu ildönümünü qeyd edir.

Çin 150-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilatla "Bir kəmər, bir yol" əməkdaşlıq sənədləri imzalayıb.

Teqlər:

"Nizami G\u0259nc\u0259vi Beyn\u0259lxalq M\u0259rk\u0259zi \u00c7ind\u0259 forumda i\u015ftirak edir"

Əlaqəli Xəbərlər