İspaniyada diktator Frankonun xatirəsini yad edənlərin cərimələnməsi üçün istintaq başladılıb

Nərmin Qocamanova
İspaniyada diktator Frankonun xatirəsini yad edənlərin cərimələnməsi üçün istintaq başladılıb

İspaniyada diktator Fransisko Frankonun ölüm ili münasibətilə paytaxt Madriddə bəzi faşist qrupların təşkil etdiyi anma mərasiminə qatılanların cərimələnməsi üçün istintaq başladılıb.


"Operativ Media" xəbər verir ki, bəzi faşist qruplar noyabrın 20-də diktator Frankonun vəfatı münasibətilə dünən Madriddə anma mərasimi keçirib.

İspaniya hökuməti Franko tərəfdarı şüarların səsləndirildiyi,diktaturanı tərənnüm edən simvol və bayraqlardan istifadə edilən tədbirdə iştirak edənlərə qarşı istintaq başladıldığını açıqlayıb.

Qeyd edək ki, oktyabr ayında qüvvəyə minən qanununa əsasən diktator Franko dövrü (1936-1975) "qanunsuz" elan edilmiş, diktaturaya və onu tərifləyən bütün hərəkətlərə 150 ​​min avroya qədər cərimələr tətbiq edilmişdir.

 

Digər xəbərlər