Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına xüsusi rütbələr verib

admin
Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına xüsusi rütbələr verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

"Operativ Media" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:

Əliyev Şahin Məhərrəm oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru

Məmmədov Rəhman Elmaz oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi.

Digər xəbərlər