Bakıda sıxlıq olan küçə və prospektlər

Nərmin Qocamanlı
Bakıda sıxlıq olan küçə və prospektlər

Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən "Operativ Media"ya verilən xəbərə görə, sıxlıq olan yollar aşağıdakılardır:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;
5. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. Zərifə Əliyeva küçəsində;
9. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;

11. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
13. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
14. Babək prospekti, mərkəz istiqamətində;
15. 20 Yanvar dairəsində sıxlıq müşahidə olunur.

Digər xəbərlər