Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Əbdüləziz əl-Vasil Yaxın Şərqdə mövcud münaqişənin genişlənməsi ehtimalından narahatlığını ifadə edib.
"Operativ Media" xəbər verir ki, o, bu barədə BMT Baş Assambleyasının fələstinli mülki şəxslərin müdafiəsinə həsr olunmuş xüsusi iclasımda deyib.
"Biz bir daha regionun bütün xalqlarına, həmçinin regional və beynəlxalq səviyyədə sülh və təhlükəsizliyə təhlükə yaradan münaqişənin genişlənməsi ehtimalı barədə xəbərdarlıq edirik", - Əl-Vasil qeyd edib.
O, həmçinin əlavə edib ki, krallıq Qəzza zolağında eskalasiyanı dayandıracaq "praktiki həlli" tez bir zamanda tapmaq üçün fəal səylər göstərir.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri İsrailin Qəzza zolağında quru hərbi əməliyyatının miqyasını genişləndirdiyini bildirmişdi.