Menyu

HƏMAS-ın hava qüvvələri komandiri öldürüldü

HƏMAS-ın hava qüvvələri komandiri öldürüldü

İsrail Müdafiə Qüvvələri oktyabrın 28-nə keçən gecə HƏMAS-ın hava qüvvələrinin komandiri Asəm Abu Rakabanı öldürüb.

"Operativ Media" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Asəm Abu Rakaba oktyabrın 7-də İsrailə qarşı hücumun planlaşdırılmasında iştirak edib. O, İsrail Müdafiə Qüvvələrinin postlarına pilotsuz uçuş aparatları ilə hücumlara, paraplanlara, havadan aşkarlama və hava hücumlarından müdafiəyə görə cavabdeh olub.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Teqlər:

"H\u018fMAS-\u0131n hava q\u00fcvv\u0259l\u0259ri komandiri \u00f6ld\u00fcr\u00fcld\u00fc"

Əlaqəli Xəbərlər