Menyu

HƏMAS təslim olmalı və bütün girovları azad etməlidir - İsrail səfiri

HƏMAS təslim olmalı və bütün girovları azad etməlidir - İsrail səfiri

HƏMAS təslim olmalı və bütün girovları azad etməlidir.

"Operativ Media" nın məlumatına görə, İsrailin Azərbaycandakı səfiri Corc Dik "X" sosial şəbəkəsində yazıb.

"HƏMAS-ın iki məqsədi var. Birinci məqsəd bütün yəhudiləri və israilliləri öldürmək, ikinci məqsəd isə nəyin bahasına olursa-olsun, sağ qalmaqdan ibarətdir.

İsrailin məqsədi heç bir israilli uşağın terrorçunun onu öldürməsindən narahat olmayacağına əmin olmaqdır.

Müharibə indi dayana bilərmi? Bəli. HƏMAS təslim olmalı və bütün girovları azad etməlidir.
Əgər onlar bunu etməsələr, biz tam qələbə qazanana qədər geri çəkilməyəcəyik", - deyə səfir əlavə edib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Teqlər:

"H\u018fMAS t\u0259slim olmal\u0131 v\u0259 b\u00fct\u00fcn girovlar\u0131 azad etm\u0259lidir - \u0130srail s\u0259firi"

Əlaqəli Xəbərlər