Menyu

Qazaxıstanda şaxtada baş verən partlayışda ölənlərin sayı 36 nəfərə çatıb - YENİLƏNİB

Əziz Əzizli
Qazaxıstanda şaxtada baş verən partlayışda ölənlərin sayı 36 nəfərə çatıb - YENİLƏNİB

Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 36-ya çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, 10 şaxtaçının axtarışları davam edir.

Bundan əvvəl şaxtada partlayış və yanğın nəticəsində 35 nəfərin öldüyü bildirilmişdi.

Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.

***

15:54

Qazaxıstanın Karaqanda vilayətində baş vermiş mədən qəzası nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, daha 14 şaxtaçının axtarışları davam etdirilir.

***

13:53

Qazaxıstanda şaxtada qəza qurbanlarının sayı 28-ə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Teqlər:

"Qazax\u0131standa \u015faxtada ba\u015f ver\u0259n partlay\u0131\u015fda \u00f6l\u0259nl\u0259rin say\u0131 36 n\u0259f\u0259r\u0259 \u00e7at\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər